GÜLAY "Vur ürəyim"i təqdim etdi
Müğənni GÜLAY yeni layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi "Vur ürəyim" adlı mahnısını klipi ilə birlikdə dinləyicilərin ixtiyarına verib.
Mahnının musiqisi Camal Qurbanova, sözləri Həsən Babayevə məxsusdur.
Bəstənin aranjimanını da Camal Qurbanov hazırlayıb. Yeni layihə üçün GÜLAYa üç fərqli obraz hazırlanıb. Klipin vizual konsepsiyasının ərsəyə gəlməsi üçün böyük yaradıcı komanda cəlb olunub.
Ekran işinin rejissorları ZEYN və İlahə Məhərrəmdir. Operator işi Emil Marbiora, art-direktor işi Fərid Cabbarlıya məxsusdur. GÜLAYın obrazlarının staylinqini Elnara de Birbuet hazırlayıb.
Sənətçinin obrazı üzərində makiyaj üzrə Günel Ağacanova, saç üzrə isə Günel Məmmədova çalışıb.
Layihənin fotosessiyasını Eresmoon həyata keçirib. "Vur ürəyim" layihəsinin prodüseri Tural Nəbiyevdir.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi
Paytaxtda keçirilən daha bir toy təmtərağı ilə müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, yeni ailə quran cütlüyün dəbdəbəli məclisinə dünyaca məşhur müğ...