Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev iş yükündən narazı olan kimsəni məktəb direktoru işləməyə məcbur etmədiklərini deyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, təhsil işçilərinin sentyabr konfransında bildirib ki, məktəb direktoru vəzifəsini qəbul edən şəxs bu işin məsuliyyətini də üzərinə götürməlidir:
"Biz kimisə məktəb direktoru işləməyə məcbur etməmişik. Onlar bu peşəni könüllü seçib. Mən məktəb direktorlarını anlayıram. 2500 şagirdi olan bir məktəbin direktoru olmaq, təxminən, 2000 uşağın, yəni 2000 ailənin gəldiyi bir məktəbin rəhbəri olmaq heç də asan iş deyil. Bu, birmənalı olaraq çətin işdir. Amma siz bu işi görməyə qərar vermisinizsə, şikayət etməyin bir mənası yoxdur. Kömək, dəstək istəyə bilərsiniz, birlikdə işləyə bilərik. Ona görə də məktəb rəhbərliyinin bu məsələyə çox ciddi yanaşmalarını istəyirəm".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...