Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...
Açıqlama
Sosial 96

Bakıda ictimai nəqliyyatın əsas hissəsini təşkil edən avtobuslarla bağlı vəziyyət böyük maraq doğruru.

BAKU.WS-in məlumatına görə, paytaxtda sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, marşrutların yenilənməsi və avtobus parkının müasirləşdirilməsi istiqamətində müxtəlif tədbirlər görülür.

Bəs hazırda paytaxtda sərnişindaşıma xidmətində neçə avtobus fəaliyyət göstərir və son bir ildə onların sayında hansı dəyişiklik baş verib?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində təşkil edilən 7 ekspres və gücləndirmə aparılan 28 müntəzəm xəttə (avqust-sentyabr) 200-ə yaxın avtobus cəlb edilib:

"Tədris ilinin başlaması ilə əlaqədar 100-ə yaxın avtobus hazır vəziyyətə gətirilib və tezliklə istismara veriləcək. Bu il də avtobus parkının genişləndirilməsi nəticəsində artıq sentyabr ayının sonu 2500-dən çox avtobusun xidmət göstərməsi nəzərdə tutulur.

Qeyd edək ki, paytaxtda gündəlik xəttə çıxan avtobusların sayı 2022-ci ildə 1720 idi. Ötən il isə Bakıya 290-dan artıq yeni avtobus gətirilib".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər