Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Boğaziçi ərazisində (Qara dəniz ilə Mərmərə dənizini birləşdirən Bosfor boğazının hər iki sahilində yerləşən yaşayış massivləri) tikilən qanunsuz binaların sökülməsi ilə bağlı genişmiqyaslı əməliyyata başlayıb.
BAKU.WS xəbər verir ki, "Sarıyer Gazetesi"nin baş redaktoru Bekir Batunun yaydığı məlumata görə, İBB-yə bağlı Boğaziçi İmar İdarəsi 22 sentyabr 2026-cı il tarixində bununla bağlı böyük bir tender keçirəcək.
4 bölgə üzrə 4141 qanunsuz tikili söküləcək.
Rəsmi sənədlərə əsasən, söküntü qərarı verilən mülklər arasında adi vətəndaşlarla yanaşı, holdinglərin, iş adamları və məşhur simaların mülkləri yer alır.
Siyahıda Ferdi Tayfur, Hülya Avşar, Süreyya Yalçın, Mehmet Ali Erbil və Harika Avcı kimi məşhurların evləri, eyni zamanda Sarıyer Bələdiyyəsinin Büyükdere binası da var.
Sözügedən 4 141 ünvanı əhatə edən tam siyahı Türkiyə Dövlətinin rəsmi internet portalı olan Elektron Dövlət Satınalmaları Platformasında (EKAP) ictimaiyyətə açıq şəkildə yerləşdirilib.
Söküləcək binaların sayı Sarıyerdə 1982, Beykozda 989, Üsküdarda 626, Beşiktaşda 544 ədəddir.
Oxşar xəbərlər
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi
Castin Biberin keçmiş sevgilisi Sahara Rae 34 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, o övladı dünyaya gəldikdən 9 ay sonra dünyasını dəyişib. "O, dünən g...