Namiq klip çəkilişi zamanı yaşadığı qorxu dolu anlardan danışdı
Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə yeni duetinə çəkilən klipin kadrarxası görüntülərini paylaşıb.
BAKU.WS xəbər verir ki, Qaraçuxurlu otluq sahədə lentə alınan klipin çəkilişləri zamanı qorxu dolu anlar yaşadığını bildirib.
Videoya "May ayında kim belə yerə girər? Qorxuludur" şərhini yazan meyxanaçı ərazidə ilanların olmasından qorxub.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu 16 ildən sonra sevənlərinə "Gəlirəm" adlı yeni duet təqdim edib.
Klip mayda çəkilsə də, sentyabrda musiqisevərlərin ixtiyarına verilib.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Firuzə İbadova xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar"
Əməkdar artist Firuzə İbadova ilk dəfə xəstəliyinin nə olduğunu açıqlayıb. BAKU.WS xəbər verir ki, o bu barədə "Şadlıq olsun" verilişinə telefonla bağlanarkən b...