Noutbuk oğurlayan məşhur aktyor saxlanıldı, daha sonra sərbəst buraxıldı

Noutbuk oğurlayan məşhur aktyor saxlanıldı, daha sonra sərbəst buraxıldı
Video
Şou-biznes 97

Türkiyənin tanınmış teatr və kino aktyoru Okan Karacan İstanbulun Şişli səmtində qatıldığı tədbirdə baş verən oğurluq hadisəsinə görə saxlanılıb.

BAKU.WS xəbər verir ki, aktyorun tədbir zamanı masadan noutbuku götürüb uzaqlaşdığı anlar təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

Noutbukun sahibi E.Ş.A.-nın kamera görüntüləri ilə polisə şikayət etməsindən sonra hərəkətə keçən hüquq-mühafizə orqanları şübhəlinin Okan Karacan olduğunu müəyyən edib.

İfadəsi alınmaq üçün polis bölməsinə aparılan aktyor ittihamları rədd edərək kompyuteri yanlışlıqla götürdüyünü bildirib.

Karacan eyni zamanda zərərçəkənin 3 nəfərlə birlikdə onu döydüyünü, silah dəstəyi ilə başına vurduqlarını və avtomobilin baqajına salaraq qaçırdıqlarını iddia edib.

Dindirilən aktyorun anası İ.K. isə oğlunun qaçırılma və döyülmə iddialarını yalanlayıb.

Onun sözlərinə görə, oğlu eve noutbukla gələrək bunun ona hədiyyə olunduğunu deyib.

Bir neçə gün sonra zərərçəkənlər evə gəldikdə noutbuku şəxsən özü onlara təhvil verib.

Oğlunun həmin vaxt otağından belə çıxmadığını qeyd edən ana onun psixoloji problemlərinin olduğunu və son vaxtlar dərmanlarını qəbul etmədiyi üçün belə addımlar atdığını vurğulayıb.

Məhkəməyə çıxarılan Okan Karacan açıq oğurluq ittihamı ilə mühakimə olunsa da, sərbəst buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər