Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
Misli Premyer Liqasında V tura bu gün start veriləcək.
BAKU.WS xəbər verir ki, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olacaq.
Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:30-da start götürəcək.
Paytaxt təmsilçisi 9 xalla liderdir. Meydan sahibləri 4 xalla 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, V tur
11 sentyabr
16:30. "İmişli" – "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu
Xatırladaq ki, V turun digər qarşılaşmaları 12, 13 və 14 sentyabrda baş tutacaq.
Oxşar xəbərlər
"Real Madrid" 16 yaşlı hücumçusunu transfer etməyə yaxındır
İspaniya nəhəngi "Real Madrid" İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən 16 yaşlı Cey-Cey Qabrieli heyətinə qatmaq istəyir. Madrid təmsilçisinin fut...