Olimpiya çempionu Toğrul Əsgərov: “Gənclərimizi Milli Məclisə seçkilərdə fəal iştiraka dəvət edirəm”
"Gənclərimizi Milli Məclisə seçkilərdə fəal iştiraka dəvət edirəm”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın tanınmış güləşçisi, Olimpiya çempionu Toğrul Əsgərov deyib.
O bildirib ki, budəfəki seçkilərin özəl rolu var: "30 ildən sonra Qarabağ və Şərqi Zəngəzurda parlament seçkiləri keçiriləcək. İnanıram ki, xalqın səsini toplayacaq millət vəkilləri ölkənin inkişafında aktiv iştirak edəcəklər. Olimpiya oyunlarında qazandığım qələbələr nə qədər önəmlidirsə, vətəndaşlıq borcum olan seçkilərdə iştirak da bir o qədər vacibdir. Seçkilər hər birimizin səsi və gələcəkdə yaşayacağımız cəmiyyətin formalaşmasında rol oynayan mühüm prosesdir."
Oxşar xəbərlər
Azərbaycan Güləş Federasiyasının rəsmisi: Hər iki komandadan gözləntilər böyük idi - MÜSAHİBƏ
Aprelin 5-7-si aralığında Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qaz...