Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24
apr
2024
22:36
Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.
O, yarışın üçüncü günündə 100 metr məsafəyə brass üsulu ilə üzməkdə finişə birinci çatıb.
Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə Avropa çempionu olub, ikinci günündə isə eyni məsafəyə kəpənək üsulu ilə üzməkdə gümüş medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub - FOTO
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatıda qızıl medal qazanıb. Raman Saley yarışın ilk günündə 100...