SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi bir ay sonra yenidən yaşıl meydanlara qayıdır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, "Trabzonspor"la matçda forma geyinəcək.

Məlumata görə, "Fənərbağça" derbisində üzündən aldığı zərbə nəticəsində üz sümüklərində sınıqlar yaranan Mauro İkardi təxminən 3 həftədir ki, müalicəsini İstanbuldan kənarda davam etdirir və klubun verdiyi proqrama uyğun olaraq çalışırdı.

O, bu axşam saat 22.30 radələrində İstanbula dönəcək və sabah klub həkimləri tərəfindən qulaq-burun-boğaz və üzünü yoxlatdıracaq. Daha əvvəl heç bir əməliyyata ehtiyacı olmadığı bildirilən ulduz futbolçu 3 gün məşq edib, şənbə günü komanda ilə Trabzona yollanacaq.

Qeyd edək ki, "Trabzonspor"-"Qalatasaray" matçı yanvarın 21-i saat 20:00-da start götürəcək. 

BAKU.WS