İkardi yenidən yaşıl meydanlara qayıdır
08
yan
2024
15:25
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin zədəsini nə vaxt sağalacağı və hansı matçda meydana dönəcəyi bəlli olub.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, həm üzündəki sınıq, həm də ayağındakı zədə səbəbindən oyunlara ara verən argentinalı hücumçunun Superliqanın 21-ci həftəsində "Trabzonspor"la matçda meydana çıxacağı gözlənilir.
Xatırladaq ki, "Qalatasaray"la "Fənərbağça" derbisində üzünə aldığı zərbə nəticəsində üz sümüklərində sınıq yaranan Mauro İkardinin bir müddət oynamayacağı klub tərəfindən açıqlanmışdı.
Oxşar xəbərlər
İkardi "Qalatasaray"ın son iki məşqini buraxıb
"Qalatasaray"ın agentinalı ulduzu Mauro İkardi komandanın son iki məşqində iştirak etməyib. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, o, Superliqanın...