İkardi "Qalatasaray"ın son iki məşqini buraxıb

İkardi Qalatasarayın son iki məşqini buraxıb
İdman 12

"Qalatasaray"ın agentinalı ulduzu Mauro İkardi komandanın son iki məşqində iştirak etməyib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, o, Superliqanın 18-ci turunda "Konyaspor"la matç öncəsi keçirilən hazırlığa qatılmayıb.

Argentinalı hücumçu fərdi qaydada məşq edib.

Onun sağ ayaq biləyi nahiyəsindən zədəsinin müalicəsinin davam etdiyi bildirilib.

İkardinin yanvarın 7-i keçiriləcək "Konyaspor"a qarşı görüşdə oynayacağı gözlənilir.

Qeyd edək ki, İkardi zədəsi səbəbindən uzun müddət iynə vurduraraq oyunlara çıxır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər