"Qalatasaray" İkardi ilə müqavilə imzaladı
24
iyl
2023
10:48
PSJ ilə Mauro İkardinin transferi mövzusunda danışıqlar aparan "Qalatasaray" transferi tamamlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Di Marzio bildirib.
Məlumata görə, "Qalatasaray" Mauro İkardi ilə 3 illik müqavilə imzalayıb.
Fabrizio Romanonun sözlərinə görə, "Qalatasaray" Mauro İkardinin transferi üçün 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Qalatasaray"da icarə əsasında çıxış edən 30 yaşlı hücumçu 26 matçda 23 qol, 8 məhsuldar ötürmə ilə çempionluqda böyük pay sahibi olub.
İkardi karyerası ərzində "Sampdoriya", "PSJ" və "İnter"in də formasını geyinib.
Oxşar xəbərlər
Mauro İkardi "Qalatasaray"la razılığa gəldi
"Qalatasaray" Mauro İkardinin transferi ilə bağlı PSJ ilə razılığa gəlib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ötən mövsüm göstərdiyi performansla...