Mauro İkardi "Qalatasaray"la razılığa gəldi
10
iyl
2023
10:42
"Qalatasaray" Mauro İkardinin transferi ilə bağlı PSJ ilə razılığa gəlib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ötən mövsüm göstərdiyi performansla "Qalatasaray"ın çempionluğunda böyük pay sahibi olan İkardi "sarı-qırmızılılar"a keçməyə hazırlaşır.
Parislilərlə razlığa gələn İstanbul təmsilçisi bu transfer üçün PSJ-yə 10 milyon avro ödəyəcək.
Məlumata görə, hücumçu "Qalatasaray"ın şərtlərini qəbul edib.
Qeyd edək ki, Mauro İkardi ötən mövsüm "Qalatasaray"ın heyətində 26 matçda forma geyinib. Argentinalı ulduz 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Mauro İkardi transferi açıqlandı! - 3+1 illik müqavilə...
Argentinalı futbolçu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara "Milan"dan gələn təklifi qəbul etdiklərini bildirilib. BAKU.WS Sabah spor-a istinadən...