SİZİN REKLAM BURADA!
055 213 76 73


Arda Güler ​​"Real Madrid"lə "Barselona" arasında keçirilən Superkubok finalında oynaya bilməyib. 

BAKU.WS xarici mtbuata istinadən xəbər verir ki, Karlo Ançelotti futbolçuya niyə oyuna salmadığını açıqlayıb. 

Ardanın bu qərara hörmətlə yanaşdığı bildirilir.

Türkiyə millisinin üzvünün bu matçda yer almaması xatırladıldıqdan sonra Karlo Ançelotti "Arda Gülər ​​əsas oyunçularımızdan biridir. Biz yalnız 11 futbolçu ilə oynamırıq. Bütün oyunçular bu komandadadır. O, zədədədn döndü, tezliklə işinə başlayacaq və daha çox oyun vaxtı alacaq", - deyib.

Ançelotti "Barselona"lı futbolçuların son dəqiqələrdə oyuna gərginlik qatdıqlarını və bu səbəbdən gənc ulduz Güleri yenidən zədələnməsinin qarşısını almaq üçün oyuna daxil etmədiklərini bildirib.

Xəbərdə mütəxəssisin Ardadan üzr istədiyi, Ançelottinin oyunun son dəqiqələrində Ardanı meydançaya buraxmaq istəyərkən, son anda fikrindən daşındığı bildirilir.

Xatırladaq ki, "Real Madrid" İspaniya Superkuboku uğrunda görüşdə "Barselona"ya 4-1 hesabı ilə qalib gəlib.

Madrid təmsilçisi 7 və 10-cu dəqiqələrdə Vinisius Juniorun vurduğu qollarla önə keçib.

33-cü dəqiqədə R.Levandovski vurulan qollardan birinin əvəzini çıxsa da, katalonların bundan artığına gücü çatmayıb.

Əvəzində 39-cü dəqiqədə Vinisius özünün və komandasının üçüncü qolunu vurub.

Qarşılaşmada son nöqtəni 64-cü dəqiqədə Rodriqo qoyub.

Beləliklə, "kral klubu" tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.

BAKU.WS