"Real Madrid"in Arda Gülerlə bağlı qərarı AÇIQLANDI - FOTO
Üçüncü zədəsindən sonra komandadan ayrı məşqlərə başlayan Arda Gülerin "Real Madrid"dəki gələcəyi ilə bağlı çoxlu sual işarələri var.
BAKU.WS xəbər verir ki, jurnalist Fabrisio Romano İspaniya nəhənginin Arda Gülerlə bağlı qərarını açıqlayıb.
Arda Gülər ardıcıl zədələr səbəbindən indiyədək "Real Madrid"də oynaya bilməyib.
Madrid karyerasına çətin başlayan gənc futbolçu "Barselona"nın əlindən alınması və məşqdəki möhtəşəm performansı ilə gündəmdən düşməyib.
"Fənərbaxça" ilə meydanlara çıxan və qısa zamanda dünyanın ən istedadlı futbolçularında birinə çevrilən 18 yaşlı oyunçu mövsümdən əvvəl uzun müddət zədəli qalıb.
Sağaldıqdan sonra ilk oyunu üçün heyətə cəlb olunduğu açıqlanan gün yenidən zədələndib. Bir ay sonra o, iki dəfə matçın heyətinə cəlb olunsa da, heç bir dəqiqə meydana çıxmayıb. "Braqa" matçından sonra Karlo Ançelotti Arda Gülerin yenidən zədələndiyini açıqlayıb.
Arda Gülerin yanvarda icarəyə göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb. İnsayder Fabrizio Romano bu iddialarla bağlı açıqlama verib:
"Zədəli olduğu üçün bəxti gətirməyən Arda Gülerin icarəyə götürülməsi ilə bağlı mənə çoxlu suallar gəlir. O, son zədəsindən sonra əsas komanda ilə məşqlərə çox yaxınlaşıb. Ancaq eşitdiyimə görə, "Real Madrid" futbolçunun Türkiyə klublarından birinə icarəyə veriləcəyi iddiasına baxmayaraq, mövqeyini qoruyur. Arda Güler də daxil olmaqla, yanvarda heyətdən heç kimi buraxmaq istəmirlər. Hazırda "Real Madrid"in fikri Arda ilə davam etməkdir. Onların kirayə vermək planları yoxdur, ən azından bugünkü vəziyyət belədir".
Oxşar xəbərlər
“Real”da heyətə düşməyən Arda göz yaşlarına boğuldu: “Nə vaxt oynamaq istəsəm…” - FOTO
Türkiyənin “Fənərbaxça”klubundan İspaniya nəhəngi “Real Madrid”ə transfer olan Arda Gülər üçüncü dəfə zədələnməsindən danışıb. BAKU.WS xarici KİV-ə istinadən xə...