"Real Madrid" İspaniya Super Kubokunu qazandı (VİDEO)

Real Madrid İspaniya Super Kubokunu qazandı (VİDEO)
Video
İdman 2963
İspaniya Super Kubokunun sahibi məlum olub.BAKU.WS-in məlumatına görə, "Real Madrid" və "Barselona" İspaniya Super Kubokun ikinci matçında qarşı-qarşıya gəlib."Barselona"nı aşırdan Real Madrid, İspaniya Super Kuboku sahibi olub."Real Madrid" matça olduqca sürətli başladı. Hələ 4-cü dəqiqədə Marko Asensionun möhtəşəm qoluyla "Real Madrid" "Barselona" qarşısında 1-0 önə keçib.Matçın ilk yarısında sanki meydanda yoxa çıxan "Barselona" rəqib qapıya getməkdə olduqca çətinlik çəkib. İlk yarıda hücuma daha çox çıxan "Real Madrid" 39-cu dəqiqədə Benzema topu rəqib qapıya göndərib və komandasını hesabda 2-0 önə keçirib.Qapısını yaxşı müdafiə edən "Real Madrid" "Barselona"ya dəqiq qol vurmaq şansı verməyib. "Real Madrid" iki matç sonunda "Barselona" qarşısında 5-1-lik hesabla üstünlük əldə edib və İspaniya Super Kubokunun sahibi olub.ŞahinBAKU.WS

Oxşar xəbərlər

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu – VİDEO

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu – VİDEO

Futbol üzrə Çempionlar Liqasının final matçı keçirilib. Oxu.Az xəbər verir ki, qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-ü...

2010 İdman 09:12 04 iyun 2017

Son xəbərlər