Arda Güler üçün fürsət
"Real Madrid"ə transfer olunduğu gündən zədələrindən xilas ola bilməyən Arda Güler İspaniya nəhəngində ilk matçına çıxmaq üçün gün sayır.
BAKU.WS xəbər verir ki, Kral Kuboku matçlarını Arda Güler üçün bir fürsət kimi görən İspaniya mətbuatı gənc istedadın ilk dəfə 4-cü Liqa komandasına qarşı "Real Madrid" formasını geyinə biləcəyini bildirib.
Yeni il tətilindən sonra komanda ilə məşqlərə başlaması gözlənilən Ardanın yanvarın 3-də La Liqada "Malyorka" ilə matçda iştirak etmə ehtimalı "tələsik qərar" kimi şərh olunur.
İspaniya Kral Kuboku matçlarının mövsümün ikinci yarısında başlaması türkiyəli ulduz üçün fürsət kimi qiymətləndirilir.
"Real Madrid" yanvarın 6-da kubokun son 32 turunda İspaniyanın 4-cü liqa komandası "Arandina"nı qəbul edəcək.
Komandadakı gənc istedadların, o cümlədən Ardanın da bu görüşdə meydana çıxa bilməsi mümkün hesab edilir.
Qeyd olunur ki, komanda yoldaşları Milad tətilində olarkən Arda tək başına məşqlərə davam edir.
Türkiyə millisinin üzvünü qayıdış tarixi hələ dəqiq olmasa da, onun yanvarın 10-da Səudiyyə Ərəbistanında "Atletiko Madrid"lə keçiriləcək İspaniya Super kuboku matçı üçün heyətdə ola biləcəyi bildirilir.
Oxşar xəbərlər
"Real Madrid"in Arda Gülerlə bağlı qərarı AÇIQLANDI - FOTO
Üçüncü zədəsindən sonra komandadan ayrı məşqlərə başlayan Arda Gülerin "Real Madrid"dəki gələcəyi ilə bağlı çoxlu sual işarələri var. BAKU.WS xəbər verir ki, ju...