Arda Gülər "Real"ın tarixinə düşdü

Arda Gülər Realın tarixinə düşdü
İdman 592

Arda Güler ​​"Real Madrid"ə transfer olaraq dünya mətbuatının gündəminə gəlib. Gənc ulduz hələ meydana çıxmamış Madrid "Real"ının tarixinə düşməyi bacarıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Gülər "Real Madrid"in Avropadan 18 yaşadək ikinci ən bahalı transferi kimi klubun tarixinə düşüb.

Bonuslarla təxminən 30 milyon avroya başa gələn Arda Güler, 31 milyon avroya imza atan Kamavinqadan sonra 2-ci yerdə qərarlaşıb.

"Real Madrid" bazarda tanınmayan, lakin ulduz potensialı yüksək olan gəncləri transfer edib beynəlxalq bazarda necə parlatmağı çox yaxşı bilir. Bu yolla gələn və ilk ulduz olan Marselo idi.

Roberto Karlosu əvəzləyən braziliyalı müdafiəçi üçün "Fluminense"yə 6,5 milyon avro ödəyən İspaniya nəhəngi Serxio Kanalesi də 6 milyon avroya almışdı.

"Kral klubu"nun transfer etdiyi ən gənc futbolçular braziliyalılardır. Vinicius, Rodriq və Endrick ən məşhurlardır.

Bu futbolçulara 45, 40 və 37,5 milyon avro ödənilib.

İspaniya təmsilçisinin transfer etdiyi 18 və ondan aşağı yaşda olan futbolçuların demək olar ki, hamısı uğur qazanıb.

Son xəbərlər