Messinin Argentina millisində son oyunu bəlli oldu

Messinin Argentina millisində son oyunu bəlli oldu
İdman 6

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia Lionel Messinin milli komandanın heyətində son oyununa çıxacağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, 39 yaşlı hücumçu oktyabrın 6-da Buenos-Ayresdə Benin millisinə qarşı keçiriləcək yoldaşlıq görüşündə Argentina millisinin formasını geyinəcək.

Tapia bildirib ki, Messinin oyuna dəvət olunmasında əsas məqsəd əfsanəvi futbolçuya layiqli vida mərasimi təşkil etməkdir. Qarşılaşma 85 min tamaşaçı tutumuna malik "Estadio Monumental" stadionunda keçiriləcək.

Argentina Futbol Assosiasiyasının rəhbəri 2022-ci ildə dünya çempionu olan komandanın bütün üzvlərini də görüşə dəvət edib. Onun sözlərinə görə, bu, Messi üçün xüsusi və yaddaqalan tədbir olacaq.

Messinin Argentina millisində 208-ci və sonuncu oyununa çıxacağı gözlənilir. O, 125 qolla komandanın tarixində ən məhsuldar futbolçudur.

Qeyd edək ki, Messi Argentina ilə 2022-ci ildə dünya çempionu olub, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb. O, avqust ayında 20 illik beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər