Məkkə sazişi çərçivəsində komitənin növbəti iclası keçiriləcək
Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.
BAKU.WS xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraqdaroğlu, həmçinin Pakistan və Səudiyyə Ərəbistanının nümayəndələri iştirak edəcəklər.
İclasda regionda baş verən son hadisələr və üç ölkə arasında ittifaqın institusional strukturunun formalaşdırılması istiqamətində görülən işlər müzakirə olunacaq.
Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Məkkədə kollektiv müdafiə haqqında saziş imzalayıb. Sazişə əsasən, tərəflərdən birinə qarşı həyata keçirilən hücum digər iki ölkəyə qarşı da hücum kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın...