Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər
Yəməndəki "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun Ər-Riyad və Xurays şəhərlərində yerləşən obyektlərinə ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıblar.
BAKU.WS xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Saria əməliyyatların uğurla başa çatdığını iddia edib.
Onun sözlərinə görə, hədəflərə dəqiq zərbələr endirilib və hücuma məruz qalan obyektlərdə güclü yanğınlar baş verib.
Saria bildirib ki, hücumlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının son 12 saat ərzində Səna və Yəmənin digər əyalətlərinə endirdiyi 50 hava zərbəsinə cavab olaraq həyata keçirilib.
Oxşar xəbərlər
Nəvai Qazaxıstanda iki aylıq həbs edilib
Azərbaycanəsilli rusiyalı repçi Navai Bəkirov Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək iki ay müddətinə həbs edilib. BAKU.WS xəbər...