Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi
ABŞ Prezidenti Donald Tramp aralıq seçkiləri öncəsi amerikalılara 5 min dollarlıq ödəniş vədini yenidən gündəmə gətirib.
BAKU.WS-in məlumatına görə, Tramp Alabama ştatının Mobil şəhərindəki mitinqdə bildirib ki, Respublikaçılar Konqresdə çoxluğu qoruyarsa, hər yetkin ABŞ vətəndaşına 5 min dollar ödənilə bilər.
Onun sözlərinə görə, vəsait yalnız ABŞ daxilində xərclənməli olacaq. Tramp proqramın maliyyələşdirilməsi üçün gömrük tariflərindən əldə olunan gəlirləri göstərib.
Bununla belə, ödənişin həyata keçirilməsi üçün Konqresin qanunvericilik təsdiqi tələb olunur. Nümayəndələr Palatasının spikeri Mayk Conson da bunu təsdiqləyib.
Oxşar xəbərlər
Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib
Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 maqnitudalı zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olun...