YENİ QAYDA: Yol polisi cərimədən xilas olmaq üçün sürücülərə mesaj göndərəcək
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynovun BAKU.WS-ə açıqlamasında dəyişikliklər barədə danışıb.
O, bildirib ki, dəyişikliklərə əsasən Azərbaycanda bütün sürücülərin mobil telefonları Dövlət Yol polisi tərəfindən qeydiyyata alınacağı göstərilsə də bu əslində
2012-13-cü il qanununda mövcud idi.
"Amma 2014-cü ilədək avtomobil alan yüz minlərlə sürücünün mobil nömrəsi Dövlət Yol polisinin sistemində yoxdur. Prezident göstəriş verib ki, bütün sürücülərın mobil nömrələrini Dövlət Yol Polisi qeydiyyata alsın. Bu ona görə tətbiq edilir ki, sənəd və informasiya mübadiləsində, çox böyük çətinliklər yaşanır. Sürücülərin nömrələri bazaya salındıqdan sonra bu ona imkan verəcək ki, parklanma qaydalarına görə, avtomobili 24 saatdan çox dayanacaqda dayanan sürücüyə SMS gələcək. Sürücüyə vaxtın bitməsinə 1 saat qalmış, yəni 23 saatın tamamında SMS göndəriləcək ki, sürücü cərimədən qurtula bilsin. Amma sürücülərin telefon nömrələrinin Yol polisində olmaması bu işi çətinləşdirirdi. Buna görə də bütün sürücülərin mobil nömrələrinin qeydiyyata alınması bu sistemin tətbiq edilməsinə yardımçı olacaq", - deyə Ərşad Hüseynov bildirib.
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman ilə buradan tanış ola bilərsiniz.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Prezident sərəncam verdi: şəhərdə maşın saxlamağın qiyməti dəyişir
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb. B...