Prezident onlara möhlət verdi: Fərman imzalandı
                            
                                21
                                iyn
                            
                                2016
                                18:54
                            
                            Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, Trend-in məlumatına görə, qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra hərbi xidmətə çağırışdan möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.
Qeyd edək ki, indiyə qədər hərbi xidmətə çağırışdan möhlət hüququ ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən yeni təşəbbüs: Magistr və doktorantlara möhlət veriləcək
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə magistrlərə hərbi xidmətdən möhlət hüq...