Tıxacdan bezən sürücüləri SEVİNDİRƏCƏK XƏBƏR

Tıxacdan bezən sürücüləri SEVİNDİRƏCƏK XƏBƏR
Video
Sosial 2210

Böyükşor-Pirşağı avtomobil yolu Heydər Əliyev prospekti ilə birbaşa əlaqələndirilə bilər. Bununla bağlı təklif 2025-30-cu illəri əhatə edən dövlət proqamında öz əksini tapıb.

Başqa sözlə, yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində sıxlıq tarixə qovuşa, nəqliyyat vasitələrinin həmin ərazidə intensiv hərəkəti təmin edilə bilər.

BAKU.WS xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, yeni layihə icra olunarsa, Heydər Əliyev prospekti ilə hərəkət edənlər, rahatlıqla Böyükşor-Pirşağı avtomobil yolundakı qovşağa daxil olaraq bir çox istiqamətə hərəkət edə bilərlər.

Ərşad Hüseynov həmçinin bildirir ki, əslində, Böyükşor-Pirşağı yolunun potensialı böyükdür. Ekspert təklif edir ki, həmin yolu təkcə Heydər Əliyev prospekti ilə deyil, Babək və 8 Noyabr prospektləri ilə də əlaqələndirmək olar.

Nəticədə, bu layihələr icra edilsə, şimal-cənub istiqamətində nəqliyyat axını yaxşılaşacaq. O yolda həmçinin yeni ictimai nəqliyyat xətlərinin yaradılması da zəruri olacaq.

Oxşar xəbərlər

Gələn il maaşlardan gəlir vergisi tutulacaq?

Gələn il maaşlardan gəlir vergisi tutulacaq?

"2026-cı ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə daxilolmaların 2 milyard 567 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari...

232 Sosial 23:54 16 sentyabr 2025

Son xəbərlər