Ramil Usubov tanınmış polkovnikin oğlunu işdən çıxartdı
07
apr
2018
14:31
Müdafiə Nazirliyinin keçmiş Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğlu polis orqanlarından azad olunub.BAKU.WS Unikal.org-a istinadən xəbər verir ki, Suraxanı Dövlət Yol Polisinin əməkdaşı Novruz Abdulla oğlu Qurbani xidmətdə verdiyi nöqsanlara görə Daxili İşlər orqanlarından xaric edilib. Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub.Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Sadıx Abbasov unikal.org-a Novruz Qurbaninin işdən azad olunması faktını təsdiqləyib.BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov Masallı sakinlərini təhqir edən polisi işdən qovdu
Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.Bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin poli...