Ramil Usubovdan yeni təyinat: rəis müavini rəis oldu
14
okt
2017
15:05
Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, nazirin digər əmri ilə İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsi, bundan sonra İmtahan Qeydiyyat və Texniki Baxış İdarəsi kimi fəaliyyət göstərəcək.Qeyd edək ki, yeni quruma Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov təyin edilib.BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Unikal.org-a təyinatı təsdiqləyib.BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov polkovniki təqaüdə göndərdi
Daxili İşlər Nazirliyinin polkovniki təqaüdə göndərilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əs...