Keçmiş icra başçısının qardaşı işdən çıxarıldı, onun rəisi isə polis orqanlarından qovuldu

Keçmiş icra başçısının qardaşı işdən çıxarıldı, onun rəisi isə polis orqanlarından qovuldu
Siyasət 3057

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayevin vəzifədən azad edilməsinin səbəbi məlum olub.

BAKU.WS-in "Report”a istinadən verdiyi məlumata görə, R.Albabayev xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə, işdən çıxarılıb və hətta daxili işlər orqanlarından xaric edilib.

Onun müavini, polis mayoru Azər Kərimzadə isə şiddətli töhmət verilməklə işdən çıxarılıb. A.Kərimzadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

Qeyd edək ki, Azər Kərimzadə Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun qardaşıdır.

BAKU.WS

Oxşar xəbərlər

DİN-də növbəti kadr dəyişikliyi - Rəis və müavini işdən azad olunub

DİN-də növbəti kadr dəyişikliyi - Rəis və müavini işdən azad olunub

DİN-də növbəti kadr dəyişikliyi olub. BAKU.WS Azinforum.az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Albabyev Rəfa...

3287 Siyasət 18:20 09 avqust 2017

Son xəbərlər