DİN-də növbəti kadr dəyişikliyi - Rəis və müavini işdən azad olunub
09
avq
2017
18:20
DİN-də növbəti kadr dəyişikliyi olub.
BAKU.WS Azinforum.az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Albabyev Rəfael Qənbər oğlu və onun müavini Kərimzadə Azər Həmzə oğlu iki gün əvvəl tutuduqları vəzifədən azad ediliblər.
Hələlik bununla bağlı heç bir rəsmi məlumat yayılmayıb. Azinforum.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə məlumatı dəqiqləşdirə bilməyib.
Hər halda, rəis və müavinin eyni anda işdən azad edilməsi bölmənin işində ciddi nöqsanların olmasından xəbər verir.
BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov iki polkovniklə bağlı əmr imzaladı
Daxili işlər naziri Ramil Usubov daha bir kadr dəyişikliyi edib. Nazirin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovni...