Qobustanda əhaliyə su əvəzinə hava verilir - VİDEO

21
may
2019
23:28
Abşeron rayon Qobustan kənd sakinləri uzun müddət susuzluqdan əziyyət çəkiblər. Sonradan kəndə su xətləri çəkilib. Ancaq bu dəfə sakinlərin başına başqa iş gəlib. Belə ki, hər dəfə xəttə su buraxılanda sayğacdan hava çıxır. Yəni sakinlər xətdən çıxan havaya görə də pul ödəməli olurlar. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyatı təşkilatlara müraciət etsələr də, hələ ki məsələ həllini tapmayıb.BAKU.WS-in məlumatına görə, "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Xəzər Tv-yə bildirib ki, həmin kəndə yeni su xətti çəkilib və ərazi qrafikli rejim əsasında içməli su ilə təmin olunur. Qrafik rejimdə su verildiyinə görə fasilə yarandıqdan sonra yenidən nasoslar vasitəsi ilə xəttə su vurulanda ola bilər ki, borudan bir müddət hava gəlsin və bu da qısamüddətli olur.
Oxşar xəbərlər
Maşın "Azərsu"nun qazdığı quyuya düşdü – FOTO
Xırdalan şəhərində yolda qazılan çuxur qəzaya səbəb olub.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Heydər Əliyev adına parkı...
