Bu vəziyyət sakinləri narahat etdi - VİDEO

06
yan
2019
12:02
İmişlidə zavoddan çıxan qara tüstü ətrafa yayılır və insanları narahat edir.Söhbət İmişlinin Çaxırlı kəndindən gedir.Kadrlar sakinlər tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. Onlar bildirirlər ki, kənd ərazisində fəaliyyət göstərən çınqıl emalı müəssisəsindən çıxan qara tüstü gecə-gündüz ətrafa yayılaraq narahatlıq yaradır.Qara his isə sakinlərin həyət-bacalarına və içməli su hövzələrinə tökülür. Sakinlər bildiriblər ki, bu problem bir neçə ildir, davam edir.Məsələ ilə bağlı zavoddan da mövqe öyrənməyə çalışdıq. Lakin həmin yerə getdikdə, zavodun fəaliyyətini dayandırdığı məlum oldu və orada heç kəsi tapa bilmədik.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, sözügedən məsələ ilə bağlı quruma hər hansı bir müraciət daxil olmayıb. Bununla belə məsələ ətraflı araşdırılacaq.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Havanı korlayan qazanxana rəhbəri cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı da...
