Havanı korlayan qazanxana rəhbəri cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verib.
Verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosfer havasına qara tüstünün atıldığı məlum olub.
Faktla bağlı qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 800 manat məbləğində cərimə olunub.
Belə hallara yol verilməməsi üçün istixanaya icrası məcburi olan “məcburi göstəriş” verilib.
BAKU.WSOxşar xəbərlər
Havanı zəhərləyən zavoda görə iş icraçısı cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı-Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tü...