Nazirlik vəzifəli şəxsi cəzalandırdı

30
may
2018
09:48
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.BAKU.WS

Oxşar xəbərlər
Nazirlik vəzifəli şəxsi cərimələyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakıda növbəti reyd keçirilib.ETSN-nn mətbuat xidmətindən verilən məlumata görə, reyd za...