Tut ağacı kəsdi - 2000 manat cərimələndi

Tut ağacı kəsdi - 2000 manat cərimələndi
Hadisə 1667
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı diametri 20-24 sm olan 1 ədəd tut ağacının kəsildiyi aşkar edilib.Araşdırma zamanı ağacın Qaradağ rayonu, Sahil qəsəbə sakini Kamil Paşayev tərəfindən kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi məlum olub.Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 2000 manat məbləğində cərimə olunub.BAKU.WS

Oxşar xəbərlər

Nazirlik ölkə ərazisində reydlərə başladı - KÜLLİ MİQDARDA CƏRİMƏ TƏTBİQ EDİLDİ

Nazirlik ölkə ərazisində reydlərə başladı - KÜLLİ MİQDARDA CƏRİMƏ TƏTBİQ EDİLDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac...

6397 Sosial 12:13 17 dekabr 2017

Son xəbərlər