Havanı zəhərləyən zavoda görə iş icraçısı cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı-Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən Kərpic İstehsalı zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparılıb.
Zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb. Analizlərin nəticələrinə görə qaz birləşmələrindən toluol 1.4, etil-benzol 4.8, meta-ksilol 1.3, his 3, tozun miqdarının isə 4.2 dəfə sanitar normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı zavodun iş icraçısı Rizvan Müslümov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.
BAKU.WSOxşar xəbərlər
Atmosfer havasını çirkləndirən sexlə bağlı nazirlik hərəkətə keçdi
Təbii Sərvətlər Nazirliyinə “Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət...