Atmosfer havasını çirkləndirən sexlə bağlı nazirlik hərəkətə keçdi
Təbii Sərvətlər Nazirliyinə “Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügüdən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb.
Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.
Qeyd edək ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən havanı çirkləndirdiyinə görə metaltökmə sexinin sahibi Məmməd Ələkbərov fiziki şəxs qismində 3000 manat məbləğində cərimələnmiş və ona müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Sexin sahibi Məmməd Ələkbərov sentyabr ayında ona verilən məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün vəzifəli şəxs qismində 4800 manat məbləğində yenidən cərimə olunub. Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır.
BAKU.WSOxşar xəbərlər
3 şadlıq evinin sahibi cərimələndi - hər biri 2500 manat - VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri şadl...