ŞOK İDDİA - Zibil poliqonuna tökülmüş ərzaq məhsulları təkrar istifadəyə verilir - VİDEO

ŞOK İDDİA - Zibil poliqonuna tökülmüş ərzaq məhsulları təkrar istifadəyə verilir - VİDEO
Video
Video 2707
Mingəçevir sakini şəhərin zibil poliqonundan görüntülər çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.Onun iddiasına görə, poliqona tullanmış ərzaq məhsulları yığılaraq yenidən istifadəyə verilir.Görüntülərdən aydın olur ki, Mingəçevirin məişət tullantıları poliqonunda tüstü və toz-dumanın içərisindən vaxtı ötmüş və yararlılıq müddəti bitmiş ərzaq məhsulları yığılır.Mingəçevir sakini iddia edir ki, müxtəlif şirkətlər tərəfindən istehsal edilən və yararsız olduğundan zibil poliqonuna atılan məhsullar bir qrup insan tərəfindən yığılaraq şirniyyat sexlərinə, dönərxanalara və digər obyektlərə satılır. Onun sözlərinə görə, həftənin müxtəlif günlərində bu poliqona həm iritutumlu, həm də minik avtomobilləri gələrək buradan vaxtı ötmüş yağ, qatılaşdılmış süd, mayonez, qarabaşaq və digər ərzaqları toplayaraq avtomobillərlə daşıyırlar.Şəhər sakinləri də bu iddianı təsdiqləyirlər. Onlar atılan ərzaq və digər malların qaydalara uyğun zərərsizləşdirilməsini istəyirlər.Problemlə bağlı Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdullayev bildirib ki, şəhər ərazisində fəaliyyət göstərən şirkətlərdən bəziləri onlarla müqavilə bağlayaraq yararsız məhsulları məhv edirlər. Hətta bu haqda akt da tərtib olunur. Bununla belə, deyilən hal təsdiqlənsə, həmin vətəndaşlar cərimələnə bilər.İdarədən bildirildi ki, iddia ən qısa zamanda araşdırılacaq.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Son xəbərlər