Ərzaq məhsulları qiymətlərinin süni artımının qarşısı alınacaq
08
noy
2016
15:44
"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan bazarlarında ərzaq məhsulları qiymətlərinin süni artımının qarşısının alınması üçün müdaxilələr həyata keçirəcək.
Trend-in məlumatına görə, bu sözləri şirkətin nümayəndəsi Xaliq Məmmədov deyib.
X.Məmmədov bildirib: "Biz dövlət ehtiyat ərzaq fondları yaradacağıq. Əgər bazarlarda məhsulların qiymətinin süni şəkildə artımını müşahidə etsək, müdaxilələr həyata keçirəcəyik. Yəni məhsulları bazara daxil edərək təklifi artıracağıq və bu yolla qiymətlər aşağı düşəcək”.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevdən 10 milyonluq vacib fərman
Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fər...