Bakıda əhaliyə içməli suyun verilişi tam təmin olunacaq

Bakıda əhaliyə içməli suyun verilişi tam təmin olunacaq
Sosial 4417
Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub.Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bütün su mənbələri tam gücü ilə çalışır. Artıq Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nəriman Nərimanov rayonu su ilə təmin olunub. Səbaildə yalnız Badamdar ərazisində problem var.A.Cəbrayıllı qeyd edib ki, Xəzər, Xətai, Sabunçu, Abşeronda da suyun verilməsində sabitlik əldə olunub. Tam rejimdə suyun verilməsinə sabahdan başlanılacaq.BAKU.WS

Oxşar xəbərlər

Bakının bir hissəsi susuz qaldı

Bakının bir hissəsi susuz qaldı

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma su təchizatına da təsir göstərib.Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar...

2289 Sosial 09:28 03 iyul 2018

Son xəbərlər