Maşın "Azərsu"nun qazdığı quyuya düşdü – FOTO

11
mar
2019
11:13
Xırdalan şəhərində yolda qazılan çuxur qəzaya səbəb olub.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Heydər Əliyev adına parkın qarşısındakı yolda baş verib.Hadisə şahidləri bildiriblər ki, “Azərsu" ASC-nin əməkdaşları yolu qazıblar. Sonradan əraziyə heç bir işarə qoyulmayıb. Nəticədə sürücü çuxuru görməyib və maşın ora düşüb.Məsələ ilə bağlı “Azərsu" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin ərazidə tikinti normalarına uyğun olaraq işlər görülüb.“Ərazi dəmir çəpərlərlə əhatələnib. Ətrafı qırmızı-ağ lentlə bağlanıb. İşarə qoyulub. Burada qurumun işində heç bir problem yoxdu”, - deyə Anar Cəbrayıllı bildirib.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər
Bakıda maşının çuxura düşməsilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO
Dünən axşam Babək prospektində avtomobilin çuxura düşməsilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinn rəhb...
