Bakıda magistral su kəmərində qəza - VİDEO

09
yan
2019
10:40
Bakıda magistral su xəttində qəza baş verib.BAKU.WS xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı trend-ə açıqlamasında deyib. O bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan hissədə baş verib: "Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal "Azərsu"nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib. Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq". Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib. Nəticədə Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb, yolda avtomobillərin hərəkəti çətinləşib. BAKU.WS
Oxşar xəbərlər
Xətai rayonu susuz qalıb - SƏBƏB
Magistral su kəmərində baş verib.“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məh...
