Nardaranda yeni Polis Bölməsi yaradıldı

Nardaranda yeni Polis Bölməsi yaradıldı
Sosial 1528

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati binanın tikintisi başa çatıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bina istifadəyə tam hazırdır. Hazırda Polis Bölməsinin şəxsi heyəti formalaşdırılır. 42-ci Polis Bölməsinin rəisi vəzifəsinin icrasının müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə ediləcəyi gözlənilir. Hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən A.Cahangirov uzun illər daxili işlər orqanlarında çalışıb. O, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər. Bir neçə günə açılışı gözlənilən Polis Bölməsinin yeni ildən tam gücü ilə fəaliyyət başlayacağı bildirilir. Qeyd edək ki, Nardaran qəsəbəsində polis nəzarəti davam edir. Qəsəbənin giriş-çıxış yollarına polis və Daxili Qoşunların əsgərləri nəzarət edir.

BAKU.WS

Oxşar xəbərlər

Nardaranda yeni əməliyyat keçirilir - daha 5 nəfər saxlanıldı

Nardaranda yeni əməliyyat keçirilir - daha 5 nəfər saxlanıldı

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirir. BAKU.WS trend-ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Daxi...

1703 Hadisə 12:19 18 dekabr 2015

Son xəbərlər