Bakıda polkovnik baş leytenantı kabinetində döydü

Bakıda polkovnik baş leytenantı kabinetində döydü
Hadisə 2329

Bakıda Daxili İşlər Nazirliyinin bölmə rəislərindən biri öz otağında əməliyyat müvəkkilini döyüb.

BAKU.WS-in qafqazinfo saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturov rəisin onu döyməsi haqda raport yazıb.

O bildirib ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində baş verib. S.Düsturov xidmət etdiyi Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru 1967-ci il təvəllüdlü Şakir Rüstəmov tərəfindən döyülüb. Hadisəni nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov daha iki bölməyə yeni rəis təyin etdi

Ramil Usubov daha iki bölməyə yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik...

4184 Hadisə 11:21 24 oktyabr 2015

Son xəbərlər