İdxal olunan nektarin tingində gavalının cibcibə virusu aşkarlanıb
29
iyl
2026
13:55
"Aqro-Mədrəsə" ASC-nin Türkiyədən idxal etdiyi 12500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən gavalının cibcibə virusu (Şarka) aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən, agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Qalereya
Oxşar xəbərlər
İtə qarşı zorakılıq edən şəxslə bağlı şok iddia
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Yeni Həyat yaşayış massivində itə qarşı zorakılıq göstərilməsi ilə bağlı bəzi detallar məlum olub. Baku TV xəbər verir...