Əhaliyə qarşı müdhiş fırıldağın üstü açıldı - rəsmi etiraf
"Bəzi yanacaqdoldurma məntəqələrində bizi aldadırlar. Dəfələrlə fərqli məntəqələrdən yanacaq vuraraq yoxlamışam. Olur ki, bir məntəqədən aldığım benzinlə 100 km, başqa bir məntəqədən aldığım eyni miqdarda benzinlə isə 150 km yol sürürəm. Mənə elə gəlir ki, bəzi məntəqələrdə benzinin tərkibinə nəsə qatılır".
BAKU.WS-in verdiyi xəbərdə bildirilir ki, nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Bunu Sputnik Azərbaycan-a Bakı sakini Hafis Abdullayev deyib. Müvafiq qurumların nəzarətsizliyindən şikayət edən H. Abdullayev bildirir ki, bəzən məntəqələrdə benzin təzyiqlə vurulduğu üçün avtomobilin çəninə yanacaq əvəzinə hava dolur. Bu da çənin tam dolmasına mane olur və nəticədə yanacaqdoldurma məntəqəsi göz görə-görə müştərilərinin cibinə girir.
Nəqliyyat eksperti Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında benzinin keyfiyyətsizlik məsələsinin aktual məsələ olduğunu bildirib. Onun sözlərinə görə, hətta bəzi ekspertlər müxtəlif yanacaqdoldurma məntəqlərindən yanacaq götürürək, onları analiz də edirlər. Ekspertin sözlərinə görə, hansısa sürücü istifadə etdiyi yanacaqdan narazıdırsa, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "qaynar xətt"inə müraciət edə bilər: "Yanacağın istifadə olunması avtomobilin vəziyyətindən və sürücünün professionallığından çox asılıdır. Bəzi sürücülər var ki, soyuq aylarda avtomobillərini 3-5 dəqiqə qızdırmamış yola çıxmırlar. Onlar elə düşünürlər ki, belə etməklə bütün sistem işə düşmüş olur". "Hər bir avtomobilin texniki pasportunda onun spesifik xüsusiyyətləri yazılır. Həmin pasportda sürücülərə avtomobillə davranış qaydaları məsləhət görülür. Sürücülər bütün bunları nəzərə almalıdır. Məsələn, texniki kitabda qeyd edilir ki, avtomobil 10.000 km keçəndən sonra yağı dəyişdirilməlidir. Amma mən maşını az idarə edən sürücü olduğumdan, avtomobilimin qət etmə məsafəsi 1,5 il ərzində hələ də 10.000 km keçməyib. Mənim kimi sürücülər çoxdur və elə düşünürlər ki, avtomobil 10 mini keçməmiş yağı dəyişmək vacib deyil. Amma yağ mütləq ildə bir dəfə dəyişdirilməlidir. Yağın istismar müddətinin keçməsi yanacağın çox yeyilməsinə səbəb olur" — Allahverənov bildirir.
O, əlavə edir ki, yanacağın az və ya çox istifadə edilməsində professionallıq da önəm daşıyır: "Mən bu yaxınlarda beynəlxalq ekspertlərin araşdırmasına şahid oldum. Üç sürücü eyni markalı və modelli avtomobildə, eyni yanacaqdoldurma məntəqəsindən benzin vurub və eyni yolla, eyni məsafəni qət edib. Bir sürücünün yanacaq sərfiyyatı digər iki sürücüdən 18 faiz aşağı olub. Bu da o deməkdir ki, yanacağın istifadəsində sürücünün özünün də professionallığı vacibdir. Benzinin çox istifadə edilməsində həm yanacağın keyfiyyətsizliyi, həm peşəkarlıq, həm də avtomobilin texniki vəziyyəti mühüm rol oyanyır". Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölçmə cihazlarının dəqiqliyi təsdiq edildikdən sonra yanacaqdoldurma məntəqələrində istismar olunmalıdır: "Bununla bağlı qanun var. Bəzi sahibkarlar ölkədə yoxlamaların dayandılmasından istifadə edib, YDM-lərdə avadanlıqlarının vəziyyətinə nəzarə etmirlər. Bu isə sonda həmin avadanlıqların istismar vəziyyətinin və istehlakçıların hüquqlarının pozulmasına rəvac verir". "Ölçmələrin vəhdətinin təmin edilməsi siyasətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyə əsasən, ölçmə vasitələrinin kalibrlənməsini, başqa sözlə, dəqiqliyinin etalonla müqayisədə təsdiq edilməsi prosedurunu akkreditasiya olunmuş laboratoriyalar aparır. O laboratoriyaların adları, ünvanları Komitənin saytında da var. İstənilən birinə müraciət edərək, istismar olunan ölçmə vasitələrini yoxladıb, müvafiq sənədləri aldıqdan sonra fəaliyyətə davam etmək olar" — Talıblı bildirib.
Onun sözlərinə görə, əslində, bunlardan sahibkarların xəbəri var: "Amma bəzən Komitənin 963 nömrəli Çağrı Mərkəzinə gələn şikayətlərin təhlili onu göstərir ki, bəzi sahibkarlar mövcud vəziyyətdən istifadə edib köhnə avadanlıqlarla yanacaq satışını aparır, kobud desək, istehlakçıların cibinə girirlər. Bəzi yerlərdə laboratoriyaların vurduğu plombun qırıldığı və satılan yanacağın kəmiyyətinə müdaxilə edən işbazlar haqqında da məlumat eşidirik. Aşkar olunan faktları hüquq mühafizə orqanlarına göndəririk". "Yanacaq ucuzlaşdırılmalıdır!" Komitə sözçüsü qeyd edir ki, benzinin keyfiyyətinin aşağı olması ilə bağlı Komitədə məlumat yoxdur: "Bilirsiniz ki, yerli yanacaq istehsalı bir müəssisədə aparılır. Xaricdən idxal edilən yanacaq da satılır. Bu məhsullar Komitənin Sumqayıtda yerləşən neft-kimya məhsullarının sınağı laboratoriyasında yoxlanılır və müvafiq rəylər verilir. Son sınaq nəticələrinə istinad edərək deyim ki, keyfiyyətlə bağlı problem yoxdur. Amma YDM-lərdə yanacağa əlavə qatqılar vurulur, ya yox, onu hazırda demək mümkün deyil". "Ölkədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan islahatlardan biri də yoxlamaların dayandırılmasıdır. Bu qanunun qəbulu inqilabi addım hesab olunur. Hesab edirik ki, qanunun qüvvədə olduğu müddətdə sahibkarlar yaradılmış bu əlverişli fürsətdən yalnız istehlakçıların mənafeyindən çıxış edərək gəlirlərini artıracaq, dövlətə xeyir verəcəklər. Sui-istifadə halları bütün hallarda yolverilməzdir" — F. Talıblı söyləyir.
Yanacaqdoldurma məntəqələrindən birində baş operator işləyən Azər Süleymanov isə bildirir ki, benzinə su qatmaq mümkün deyil: "Benzinin çox istifadə edilməsi əsasən köhnə avtomobillərdə özünü göstərir. Avtomobil köhnə olduğu üçün benzin çəni zaman keçdikcə köhnəlir, dolur. Sürücülər çox vaxt çəni təmizləməyi unudurlar. Çəndə benzin az olanda buxarlanma yaranır və buxar suya çevrilirək benzinin tərkibinə qarışır". Müsahibimiz bildirir ki, çənə benzin vuran zaman yarıdan çox vurulmalıdır ki, buxarlanma baş verməsin. Süleymanov qeyd edir ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin möhürü olan "Melnik" adlı cihaz var. Bu cihazla "tapança"ların vəziyyəti yoxlanılır. "Sürücülər çox zaman benzin doldurarkən 1-ci təzyiqlə vurmağı xahiş edirlər. Təzyiqin benzinin miqdarına heç bir təsiri yoxdur. Sadəcə, təzyiqin güclü olması köhnə avtomobillərin çənlərinin dibinə benzinin sürətlə vurulmasına səbəb olur. Bu zaman çənin dibində olan artıq maddələr qopur və bu da mühərrikə zərər vurur.Təzyiq yüksək olsa belə, benzin çəninə hava vurulması mümkün deyil. Benzinin "uçması" məsələsinə gəldikdə, bu, tapançaların vəziyyətinə bağlıdır" — operator vurğulayıb.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Benzinin qiyməti ilə bağlı daha bir xəbər
Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,05 AZN...