“Bizdə benzinin qiyməti çox ucuzdur” - Rövnəq Abdullayev

“Bizdə benzinin qiyməti çox ucuzdur” - Rövnəq Abdullayev
İqtisadiyyat 5663

"Azərbaycanda benzin çox ucuzdur”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb:

"Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyatlanıb, hökumətdən xahiş etdi və ölkəyə 30 min tona yaxın benzin gətirdi. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədə benzinə olan tələbatı tam ödədik, əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub”.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan Aİ-92 markalı benzinin idxalını dayandırıb

Azərbaycan Aİ-92 markalı benzinin idxalını dayandırıb

Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra Aİ-92 markalı benzinin idxalını dayandırıb. BAKU.WS Trend-ə istina...

3338 İqtisadiyyat 14:07 15 sentyabr 2016

Son xəbərlər