Azərbaycan Aİ-92 markalı benzinin idxalını dayandırıb
15
sen
2016
14:07
Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra Aİ-92 markalı benzinin idxalını dayandırıb.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi.
R.Abdullayev qeyd edib ki, hökumətin Aİ-92 benzinin idxalına tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, SOCAR bir neçə milyon dollaradək zərər görüb, çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur.
Oxşar xəbərlər
Azərbaycan bu ölkələrdən Aİ 92 markalı benzin alacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqust ayı ərzində ölkəyə 45 min ton Ai-92 markalı avtomobil benzini idxal edəcək. BAKU.WS-in məlumatına görə, bu barəd...