Benzinin keyfiyyəti ilə bağlı rəsmi açıqlama: "Yanacağın tərkibinə nə isə qatırlarsa..."

Benzinin keyfiyyəti ilə bağlı rəsmi açıqlama: Yanacağın tərkibinə nə isə qatırlarsa...
Sosial 3123

 

"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə adətən yanacağın keyfiyyəti yox, kəmiyyəti ilə bağlı şikayətlər daxil olur".

"APA" xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

"Siz bilirsiniz ki, bizdə yanacaq bir yerdən satışa çıxarılır. Yəni, neft bazası bir dənədir. Ona görə, keyfiyyət eyni olmalıdır. Ancaq hansısa "iş adamı" keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin "iş adamı" cinayət məsuliyyəti daşıyır. Bizə adətən keyfiyyət yox, kəmiyyətlə bağlı şikayətlər gəlir. Şikayətçilər deyir ki, yanacaqdoldurma məntəqələrində yanacaq az vurulur və sair. Biz mütəmadi olaraq yoxlama aparırıq. Standarta uyğun olaraq yanacaqdoldurma məntəqələrində avadanlıqlar 3 aydan bir mütləq yoxlanılmalıdır. Bəzən görürsünüz ki, məntəqədə çalışanlar özləri müdaxilə edirlər... Üstəlik, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqdan sui-istifadə edənlər də var. Bundan başqa, yanacaqdoldurma məntəqələrində bizim qoyduğumuz möhürləri qırırlar. Möhürləri qırmaq olmaz və mən bu barədə dəfələrlə demişəm. Artıq biz bir neçə bu cür hadisə ilə bağlı prokurorluğa məlumat vermişik və bu barədə cinayət işi qaldırılıb", - deyə komitə sədri qeyd edib.

BAKU.WS

Son xəbərlər