“Günün Yekunu” - 26 iyun 2019

“Günün Yekunu” - 26 iyun 2019
Sosial 2106
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, 26 iyun tarixini xüsusi edən ən əlamətdar hadisə Azərbaycan Silahlı Qüvvələri Gününün qeyd edilməsidir.101 yaşını qeyd edən ordumuzun yaradılması və qısa tarixi haqqında məlumatı bu linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/64916
Səhər saatlarında keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşməsi barədə məlumatlar yayıldı.Məlumata görə, o, Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/64923
Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.Təbrik məktubunu bu linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/64927
Siyasət arenasında da aktiv gün olub. Belə ki, Rusiya 5 il fasilədən sonra Avropa Şurası Parlament Assambleyasında səs hüququ qazanıb. Krımı işğalı səbəbindən 2014-cü ildə AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ əlindən alınan Rusiyanın geri qayıtmasını nəzərdə tutan qərar qəbul edilib.Azərbaycan da daxil olmaqla 12 ölkə nümayəndələri Rusiyanın xeyrinə yekdilliklə səs veriblər.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/64930
Günün ən pozitiv xəbəri isə Prezident İlham Əliyevin 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim etməsi olub. Mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/64941
Daha bir neçə sevindirici xəbər isə Avropadan gəlib. Minsk şəhərində keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb. Sərbəst güləşçimiz Mahir Əmiraslanov finalda Stevan Miçiçə 9:1 hesabı ilə qalib gəlib.
Digər sərbəst güləşçimiz Hacı Əliyev isə iki erməni rəqbinin kürəyini yerər vuraraq yarımfinala vəsiqə qazanıb.
Daha ətraflı linkdə: https://baku.ws/sports/64955 Günorta saatlarında Xətai rayonu, Zığ şossesi yaxınlığında güclü yanğın olub. Quru ot və kol-kosdan başlayan yanğın həyət evlərinə keçib. Yanğının söndürülməsinə 120 nəfər canlı qüvvə və 18 ədəd yanğınsöndürən texnika cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.Fotolar və videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/64937
Fərid ƏDALƏT

Oxşar xəbərlər

Son xəbərlər